Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Fond Birjasında “AXA-Mbask” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.
Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 2 mln. 500 min 190 manat, bir səhmin nominal dəyəri 382 manat təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edəcək.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 14 mln. 233,2 min manatdır. Emissiya baş tutsa, şirkətin nizamnamə kapitalı 17,56% artaraq 16 mln. 733,4 min manata çatacaq.