Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AXA Mbask" sığorta şirkətinin əlavə emissiya prospektini qeydiyyata alıb.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 382 manat, sayı 6 545 ədəd, emissiyanın ümumi həcmi 2,5 mln. manat təşkil edir.
Şirkətin adi sənədsiz adlı səhmləri kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 6 mln. 730,84 min manat təşkil edir.