“AzFinance” investisiya şirkəti aktivlərin idarə edilməsi xidməti üzrə idarəetməyə cəlb edilmiş aktivlərini 47 mln. manata çatdırıb. Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, şirkət bu ilin noyabr ayında da müştərisi ilə 2 illik investisiya siyasəti bağlayıb və 2 mln. manat vəsait cəlb edib.
“AzFinance” investisiya şirkəti idarəetməyə verilmiş aktivlərin həcmini 100 mln. manata kimi qaldırmağı planlaşdırır.
Əvvəlki illərdə də şirkət müştərilərinə aktivlərin idarə edilməsi xidmətini göstərib. 2016-cı ildə şirkət bir strategiya üzrə cəlb olunmuş 3 mln. manat vəsaiti 1 il ərzində idarə edərək müddətin sonunda 25% gəlir əldə edib. Həmin investisiya siyasəti üzrə vəsaitlər yalnız Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarına yatırıb və intensiv alış-satış əməliyyatları ilə gəlirliyi 25%-ə kimi qaldırıb.