Bakı. Pərviz Nuriyev – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AzFinance Asset Management” MMC-yə aktivlərin idarə edilməsi üzrə fəaliyyəti məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 15 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın lisenziyaları qüvvədədir.