Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjasında (BFB) “Bakı Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 1 000 160 manat, bir səhmin nominal dəyəri 760 manat təşkil edir. Yerləşdirmədə anderrayter kimi “İnvest-AZ” MMC çıxış edir.
Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 11,94% və ya 1 mln. manat artaraq 9,4 mln. manata çatacaq.