Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Günay Sığorta” ASC-nin səhmlərinin əlavə emissiya prospekti qeydə alınıb.
Komitədən “APA-Economics”ə verilən xəbərə görə, emissiyanın həcmi 2,3 mln. manat, bir səhmin nominal dəyəri 1 000 manat, qiymətli kağızların miqdarı isə 2 300 ədəd təşkil edir.
Hazırda şirkətin nizamnamə kapitalı 5,4 mln. manatdır.
Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 42,6% artaraq 7,7 mln. manata çatacaq.