Bank Of Baku

“Günay Sığorta” nizamnamə kapitalını artırır

“Günay Sığorta” nizamnamə kapitalını artırır
# 07 yanvar 2015 08:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yanvarın 8-də Bakı Fond Birjasında “Günay Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

 

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 2,3 mln. manat, bir səhmin nominal dəyəri 1 000 manat təşkil edir.

 

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

 

Qeyd edək ki, 2014-cü ilin sonuna olan göstəriciyə əsasən, şirkətin nizamnamə kapitalı 4 mln. 200,542 min manatdır. Emissiya baş tutsa, şirkətin nizamnamə kapitalı 54,75% artaraq 6 mln. 500,542 min manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR