InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında avro/dollar valyuta cütlüyü qiymətinin keçən həftə ərzində 1.1677$-a kimi 1% bahalaşdığı müşahidə edilir. Lakin təhlillərə əsasən, qiymətdə bahalaşma müvəqqəti amillərlə qiymətləndirilir və məzənnə yenidən 1.1618$-a kimi ucuzlaşarsa, eniş dalğasının 1.1553$ və 1.1470$-a kimi sürətlənəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu həftənin çərşənbə axşamı və cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da müvafiq olaraq Avropanın iqtisadi inkişaf və inflyasiya göstəriciləri açıqlanacaqdır.
GBP
İngiltərənin Avropa Birliyindən ayrılması (ing.: “BREXIT”) danışıqlarında irəliləyişin olmaması, İngiltərə hökümətinə və funta qarşı etimadın daha da azalmasına səbəb olur.
Beləliklə, keçən həftə ərzində 1.32$-a kimi bahalaşan, GBP/USD məzənnəsi cari həftənin ilk sessiyasında 1.31$-a kimi ucuzlaşıb və eniş dalğası 1.3026$ və 1.2948$-a kimi də sürətlənə bilər.
TRY
Türkiyə maliyyə bazarlarında isə dollar 3.86TL-ə ticarət edilməkdədir və dollar/lirə məzənnəsi 3.85TL-nin üzərində qaldıqca 3.94TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.
Bu həftənin çərşənbə günü saat 11:00-da açıqlanacaq, Türkiyədə işsizlik səviyyəsi ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir həftə ərzində 64-63$ aralığında dalğalanmaqdadır. Lakin maliyyə bazarlarında Brent neftinin əlavə olaraq 66$ və 68$-a kimi də dəyər qazanacağı proqnozları yüksək olaraq qalır.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1276$-a (40.9 $/qram) ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1268$-a (40.7 $/qram) kimi ucuzlaşarsa, eniş dalğası 1252$-a (40.2 $/qram) kimi də davam edə bilər. Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntilərinin yüksək olması, qızılın ucuzlaşmasına təsir edən əsas amil arasındadır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_____________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.