Bank Of Baku

“InvestAZ” şirkəti iOS əməliyyat sistemi üçün yeni tətbiqini təqdim edib - FOTO

“InvestAZ” şirkəti iOS əməliyyat sistemi üçün yeni tətbiqini təqdim edib - <span style="color: red;">FOTO
# 27 noyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “InvestAZ” şirkəti 2014-cü ilin “Ən yaxşı Maliyyə Ticarət platforması” adına layiq görülmüş “InvestOR” platformasının iOS əməliyyat sistemi istifadəçiləri üçün yeni tətbiqini (application) təqdim edib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni interfeysli “InvestOR” platforması vaxtına qənaət etməklə, sərbəst vəsaitlərini tək yerdən idarə etmək istəyən investorlar üçün maliyyə dünyasında yeni bir səhifə açıb.

 

İnvestorların investisiyalarla bağlı bütün tələblərinə cavab verən platforma əməliyyatların icrasında tamamilə yeni bir istiqamət açır və istifadəçinin platforma ilə daha sıx əlaqəsini təmin edir. Premium dizayn standartlarına cavab verən platforma, yeni praktik imkanlar təqdim edən funksiyalara malikdir. Belə ki, istər treyderlər istərsə də uzun müddətli investorlar platforma vasitəsilə məcmu aktivlərini, sərbəst vəsaitlərini və yatırımda olan vəsaitlərini rahat şəkildə izləyə bilərlər. Bundan əlavə istifadəçilərə yatırım etdikləri maliyyə alətləri üzrə son yenilənmə tarixlərini, balanslarını, sərbəst marja və kapitallarını görə bilmək imkanı yaradılıb.

 

Platforma, istifadəçilərin istənilən yerdən sərbəst ticarət edə bilmələri üçün “InvestAZ” MT4 ticarət platforması və istənilən an hesaba mədaxil və ya hesabdan məxaric əməliyyatları həyata keçirmək üçün “Mədaxil/Məxaric” funksiyaları ilə təchiz edilib.

 

Platformanın alt menyusunda yerləşən “Cüzdan” funksiyası vasitəsilə istifadəçilər vəsaitlərini istənilən 5 müxtəlif valyutalarda (Manat, Dollar, Avro, Lirə, Funt) görə bilərlər. Azərbaycan, İngilis, Rus və Türk dillərində olan platforma rahatlığı, sadəliyi və təhlükəsizliyi seçilir.

 

Qeyd edək ki, dünya maliyyə bazarında ən yeni funksionallıqlarla təchiz edilmiş platformalardan birini təqdim edən “InvestAZ” şirkəti, investisiya dünyasına daim yeni mobil innovasiyalar gətirmək üzərində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR