Bank Of Baku

“NBC Bank” nizamnamə kapitalını 11% artırır

“NBC Bank” nizamnamə kapitalını 11% artırır
# 22 dekabr 2014 10:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “NBC Bank” ASC-nin səhmlərinin əlavə emissiya prospekti qeydə alınıb.

 

APA-Economics”in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.


Məlumata əsasən, emissiyanın həcmi 5 002 326 min manat, bir səhmin nominal dəyəri 243,6 manat, qiymətli kağızların miqdarı isə 20 535 ədəd təşkil edir. Yerləşdirmədə anderrayter qismində “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

 

Hazırda bankın nizamnamə kapitalı 46,536 mln. manatdır.

 

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 10,7% artaraq 51 mln. 538 min 326 manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR