Bank Of Baku

“Yapı Kredi Bank Azərbaycan” 9% gəlirlə istiqraz emissiyasına hazırlaşır

“Yapı Kredi Bank Azərbaycan” 9% gəlirlə istiqraz emissiyasına hazırlaşır
# 13 iyun 2014 08:05 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd sənədsiz adlı istiqrazların buraxılışı qeydə alınıb.

 

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək.

 

Anderrayter qismində “Yapı Kredi İnvest” MMC iştirak edəcək.

 

İstiqrazların faiz dərəcəsi 9%, 15 mln. manat emissiyanın həcmi kimi müəyyən olunub.

 

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR