Bank Of Baku

«Coca-Cola»nın neqativ hesabatı dünya maliyyə bazarına mənfi təsir göstərib

«Coca-Cola»nın neqativ hesabatı dünya maliyyə bazarına mənfi təsir göstərib
# 17 iyul 2013 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 452 bəndədək, S&P 500 0,4% - 1 676 bəndədək, Nasdaq 0,3% - 3 599 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə «Coca-Cola» şirkətinin hesabatı təsir edib. Belə ki, şirkətin ikinci rüb üzrə mənfəəti 4% azalaraq 2,67 mlrd. dollara çatıb və bir səhmə 0,59 dollar olub, bu isə proqnozlardan 4 sent aşağıdır.

 

Avropa fond bazarlarında iyulun 16-da FTSE 100 indeksi 0,5% - 6 556 bəndədək, Almaniya DAX-ı 0,4% - 8 201 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 851 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 290,3 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3142 (-0,2%) dollar təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR