Bakı. Vahab Rzayev - APA-Economics. Artıq bütün peşə sahibləri «Unibank» ASC-dən 3% endirimlə kredit ala bilərlər. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.
Məlumata əsasən, kreditin maksimal məbləği 7 500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Bundan əlavə, «Unibank»dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.
Qeyd edək ki, «Unibank» nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini 70-ə çatdırıb. «Unibank»dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına isə heç bir tələb qoyulmur.