Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 15 519 bəndədək, S&P 500 0,6% - 1 697 bəndədək, Nasdaq isə 0,7% - 3 666 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında avqustun 6-da FTSE 100 indeksi 0,2% - 6 604 bəndədək, Almaniya DAX-ı 1,2% - 8 300 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 033 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 276,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3293 dollar təşkil edir.