Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan nefti bir dollardan artıq ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,81% və ya 1,22 dollar azalaraq 66,14 dollar olub.