Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi üzrə azalma davam edir

 Bakı Fond Birjasının dövriyyəsi üzrə azalma davam edir
# 05 avqust 2013 10:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 3,586 mlrd. manat təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 2,4 dəfə artaraq 601,899 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2 dəfə artaraq 76,090 mln. manat, təkrar bazarın həcmi isə 93,7% artaraq 288,221 mln. manat təşkil edib. Səhm bazarına gəldikdə isə, hesabat dövründə səhmlərin ilkin bazarı 3,7 dəfə, təkrar bazarı isə 2,8 dəfə artıb.

 

Bu ilin ilk yeddi ayında BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də notlar üzrə repo əməliyyatları və notların ilkin bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının ilkin bazarının həcmi 2012-ci ilin analoji dövrünə nisbətən 3,4 dəfə azalıb. Notların təkrar bazarı isə 3,5 dəfə artıb. Eyni zamanda hesabat dövründə notlar üzrə repo əməliyyatları 2,3 dəfə azalaraq 2,667 mln. manat təşkil edib.

 

Yanvar-iyul aylarında dövlət istiqrazlarının (Dİ) ilkin bazarı 1,3% artaraq 60,553 mln. manat, təkrar bazarı isə 76,2% artaraq 12,949 mln. manat təşkil edib. Ümumiyyətlə, hesabat dövründə DQK bazarı hesabat dövründə 2,3 azalaraq 2,984 mlrd. manat olub.

 

BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

 

Bazarın seqmentləri

Yanvar-iyul, 2013

Yanvar-iyul, 2012

           Nisbət

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN)

(yerləşdirmə)

60 553 101,77

36

59 757 344,13

23

1,3%

Dİ (AMN) 

(təkrar bazar)

12 949 227,52

4

7 348 651,92

5

76,2%

Notlar (AMB)

(yerləşdirmə)

199 914 842,17

76

689 155 740,27

162

-3,4 dəfə

Notlar (AMB)

(təkrar bazar)

43 955 612,02

4

12 486 939,02

8

3,5 dəfə

Repo əməliyyatları

2 667 284 090,65

281

6 017 007 047,38

781

-2,3 dəfə

DQK bazarı

cəmi

2 984 656 874,13

401

6 785 755 722,72

979

-2,3 dəfə

Korporativ istiqrazlar (yerləşdirmə)

76 090 025,60

53

37 215 335,00

58

2 dəfə

Korporativ istiqrazlar (təkrar bazar)

288 221 628,62

105

148 808 101,58

50

93,7%

Səhmlər (yerləşdirmə)

223 815 589,10

234

59 630 435,35

93

3,7 dəfə

Səhmlər

(təkrar bazar)

13 771 828,28

2 379

4 951 671,15

2 044

2,8 dəfə

KQK bazarı

cəmi

601 899 071,60

2 771

250 605 543,08

2 245

2,4 dəfə

Cəmi

3 586 555 945,73

3 172

7 036 361 265,80

3 224

-49%

 

 

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR