Bank Of Baku

"Bank BTB" nizamnamə kapitalını artırıb

"Bank BTB" nizamnamə kapitalını artırıb
# 03 aprel 2015 14:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Bank BTB” ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 5 160 ədəd, emissiyanın ümumi həcmi isə 5 160 000 manat təşkil edir.

 

Son göstəriciyə görə, hal-hazırda bankın nizamnamə kapitalı 44 mln. 840 min manat təşkil edir.

 

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 11,51% artaraq 50 mln. manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR