Bank Of Baku

"Brexit" tərəfdarlarının artması Brent neftini ucuzlaşdırır

"Brexit" tərəfdarlarının artması Brent neftini ucuzlaşdırır
# 14 iyun 2016 07:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya birjalarında neft cüzi ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar azalaraq 48,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar azalaraq 49,94 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb kimi "Brexit" (iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun keçirilməsi - red.) göstərilir. Bildirilir ki, Böyük Britaniyanin Aİ-dən çıxmasının lehinə olanların sayı artaraq 53%-ə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR