Bank Of Baku

"Cənub Qaz Dəhlizi" nizamnamə kapitalını 3,4 dəfə artırır

"Cənub Qaz Dəhlizi" nizamnamə kapitalını 3,4 dəfə artırır
# 01 aprel 2015 09:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Cənub Qaz Dəhlizi" QSC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 7 mln. 250 min dollar, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 725 mln. dollar təşkil edir.

 

Hal-hazırda “Cənub Qaz Dəhlizi”nin nizamnamə kapitalı 300 mln. dollardır.

 

Yerləşdirmə başa çatdıqdan sonra, QSC-nin nizamnamə kapitalı 3,4 dəfə artaraq 1,025 mlrd. dollara çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR