Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 971 bəndədək, S&P 500 0,1% - 1 517 bəndədək, Nasdaq 0,1% - 3 192 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında fevralın 11-də FTSE 100 indeksi 0,2% - 6 277 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 634 bəndədək enib, Fransa CAC-40-ı 0,03% - 3 651 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 647,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3387 (+0,1%) dollar təşkil edir.