Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,1% enib

 Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,1% enib
# 01 fevral 2013 06:37 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 882 bəndədək, S&P 500 0,3% - 1 498 bəndədək, Nasdaq 0,1% - 3 139 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əmək bazarı haqqında mənfi statistika və bir sıra şirkətlərin hesabatları təsir edib. Məlum olub ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 11,5% artaraq 368 minə çatıb.

 

Avropa fond bazarlarında yanvarın 31-də FTSE 100 indeksi 0,7% - 6 277 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 776 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 733 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 661,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3627 (+0,4%) dollar təşkil edir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR