Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 14 834 bəndədək, S&P 500 0,4% - 1 640 bəndədək, Nasdaq 0,6% - 3 613 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə müsbət makroiqtisadi statistika, xüsusən də, sənayedə işgüzarlıq fəallığı indeksinin artması təsir edib.
Avropa fond bazarlarında sentyabrın 3-də FTSE 100 indeksi 0,6% - 6 468 bəndədək, Almaniya DAX-ı 0,8% - 8 181 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 3 974 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 411,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3166 dollar təşkil edir.