Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 indeksi 1,3%, Nasdaq indeksi 1,7% yüksəlib

 Dow Jones indeksi 1,1%, S&P 500 indeksi 1,3%, Nasdaq indeksi 1,7% yüksəlib
# 10 fevral 2014 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 15 794 bəndədək, S&P 500 1,3% - 1 797 bəndədək, Nasdaq 1,7% - 4 126 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi əmək bazarı üzrə müsbət statistikanın fonunda baş verib. Belə ki, yanvar ayında qeyri-aqrar sahələrdə iş yerlərinin sayı 113 min artıb, ümumi işsizlik səviyyəsi isə dekabrla müqayisədə 0,1 faiz bəndi azalaraq 6,6%-ə düşüb.

 

Avropa fond bazarlarında fevralın 7-də FTSE 100 indeksi 0,2% - 6 572 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 305 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 4 228 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 270,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3625 dollar (+0,3%) təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR