Bank Of Baku

"Finex Kredit" istiqraz buraxır

"Finex Kredit" istiqraz buraxır
# 16 mart 2017 09:19 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "Finex Kredit BOKT" ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı dövlət qeydiyyatına alınıb.


Palatadan "APA-Economics"ə verilən məlumata görə, istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəcəsi isə 8%-dir.

 

İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

 

"Finex Kredit BOKT" ASC-nin həmçinin hər birinin nominal dəyəri 1000  manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı qeydiyyata alınıb. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəcəsi isə 22% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR