Bakı - APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Muğanbank" ASC-nin qiymətli kağızları birjada alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, ticarətə ilkin ticarət qiyməti 200 manat olan 23 471 qiymətli kağız buraxılır.
Ticarət iyulun 7-dən aparılacaq.
Emissiyanın ümumi həcmi 4 mln. 694,2 min manatdır. Hazırda bankın nizamnamə kapitalı 45,306 mln. manatdır. Beləliklə, ticarət baş tutduğu halda, bankın nizamnamə kapitalı 10,36% artaraq 50 mln. 200 manata çatacaq.