Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,88 dollar artaraq 47,26 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,73 dollar artaraq 50,46 dollar olub.