Bakı - APA-Economics. İyulun 9-da "Nikoyl İnvestisiya Kommersiya Bankı" ASC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək.
İstiqrazların sayı 5 000 ədəd, hər birinin nominal dəyəri isə 1 000 ABŞ dolları təşkil edir.