Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "PAŞA Bank" ASC-nin istiqrazlarının baza emissiya prospektini dövlət qeydiyyatına alıb.
Palatadan "APA-Economics"ə verilən məlumata görə, MBNP tərəfindən "PAŞA Bank"ın hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd sənədsiz, təmin edilməmiş istiqrazların baza emissiya prospekti təsdiq edilib.