Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin avqust ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 156 mln. 750 min 109,13 manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 13 mln. 144,714 min manat olan broker xidmətləri göstərmiş “AzFinance Invest” MMC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 8 mln. 676 min 865,50 manatla "Brokdil-AZ" MMC qərarlaşıb.
Brokerlərin avqust ayı üçün renkinqi:
|
Xidmətləri həcminə görə cari yeri |
Xidmətləri həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əməliyyatların həcmi (AZN) |
|
1 |
1 |
"Paşa Kapital" |
156,750,109.13 |
|
2 |
2 |
"AzFinance Invest" |
13,144,713.80 |
|
3 |
7 |
"Brokdil-AZ" |
8,676,865.50 |
|
4 |
5 |
"Unicapital" |
6,957,741.20 |
|
5 |
4 |
"Texnika Kapital Menecment" |
5,535,385.00 |
|
6 |
- |
"YapıKredi İnvest" |
3,044,055.00 |
|
7 |
3 |
"Xalq Kapital" |
3,035,275.50 |
|
8 |
8 |
"Çelsi Kapital" |
12,427.10 |