Bakı - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş."-nin səhmləri ilin əvvəlindən 89,39% bahalaşıb.
"APA-Economics" xəbər verir ki, holdinqin səhmlərinin nominal dəyəri tarixdə ilk dəfə 4,60 lirəni ötüb.
Birja iştirakçıları deyir ki, bu gedişlə şirkətin səhmlərinin nominal dəyəri 5 lirəni ötəcək.
Düzdür, bugünkü sessiyanın açılışında səhmlər bahalaşsa da, hazırda ucuzlaşma müşahidə olunur. Sessiyaya 4,66 lirə ilə başlayan səhmlər indi 4,64 lirəyədək enib.