Bakı - APA-Economics. "PSG Capital" şirkətinə yeni rəhbər təyin olunub.
"APA-Economics" xəbər verir ki, şirkətin icraçı direktoru vəzifəsi Şahin Rəcəbov həvalə edilib.
O yeni vəzifəsinin icrasına cari ilin iyun ayının 1-dən başlayıb.
Qeyd edək ki, Ş. Rəcəbov bundan öncə "AzFinance" investisiya şirkətinin beynəlxalq bazarlar departamentinin direktoru olub.