Bakı - APA-Economics. "Galaxy Note 7" modelinin istehsalının dayandırılmasını elan edən "Samsung" şirkətinin səhmləri ucuzlaşmağa başlayıb. "APA-Economics" RNS agentliyinə istinadən xəbər verir ki, Seul fond birjasında ticarət olunan şirkətin səhmlərinin nominal dəyəri 2,05% azalaraq 1,68 mln. von və ya $1500 çatıb.
Smartfonların geri çağırılması ilə bağlı xəbər yayıldıqdan sonra şirkətin səhmləri 13% ucuzlaşmışdı. Həmin gün şirkət bazar dəyərinin $22 mlrd. itirib.