Bank Of Baku

"Unicapital" brokerlərin renkinqə başçılıq edir

"Unicapital" brokerlərin renkinqə başçılıq edir
# 11 mart 2016 13:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə “Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir.

 

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, hesabat ayında şirkət ümumi dəyəri 117,423 mln. manat olan broker xidmətləri göstərib. İkinci yeri ümumi həcmi 41,712 mln. manatlıq broker xidmətləri göstərmiş "İnvest-AZ İnvestisiya Şirkəti" QSC şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 13,188 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, dördüncü yerdə 1,478 mln. manatla "Kapital Menecment İ.Ş." ASC qərarlaşıb.

 

2016-cü il fevral ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

 

 

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

3

"Unicapital İnvestisiya Şirkəti"

 117,422,764.31

2

1

"İnvest-AZ İnvestisiya Şirkəti"

   41,712,640.00

3

2

"AzFinance İnvestisiya Şirkəti"

   13,187,768.36

4

4

"Kapital Menecment İ.Ş." ASC

     1,477,517.10

 

 

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR