Bakı - APA-Economics. İyunun 11-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Xalq Sığorta” ASC-nin nominal dəyəri 4,40 manat olan 7 390 000 ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı dövlət qeydiyyatına alınıb.
Səhmlər "Xalq Sığorta” ASC-nin nominal dəyəri 4,11 manat olan 7 390 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Beləliklə, şirkətin nizamnamə kapitalı 7,1% artaraq 32,516 mln. manat təşkil edəcək.