Bank Of Baku

ABŞ-da buruqların sayının azalması nefti bahalaşdırır

ABŞ-da buruqların sayının azalması nefti bahalaşdırır
# 16 yanvar 2017 06:48 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,50 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 55,61 dollar olub.

 

Xatırladaq ki, ötən həftə hər iki markadan olan neft 3% ucuzlaşıb. Buna baxmayaraq, ABŞ-dan daxil olan müsbət siqnallar bugünkü ticarət sessiyasında nefti bahalaşdırır.

 

Ötən həftənin cümə günü "Baker Hughes" şirkəti tərəfindən açıqlanan statistikaya əsasən, son 10 həftə ərzində ilk dəfə olaraq ABŞ-da quraşdırılan buruqların sayı azalıb. Hesabat həftəsi ərzində ABŞ-da quraşdırılan buruqların sayı 7 ədəd azalaraq 522-yə çatıb. Bu isə neftin qiymətinə müsbət təsir etməyə bilməzdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR