Bank Of Baku

ABŞ-da ehtiyatların artması Brent neftini 51,6 dollaradək ucuzlaşdırıb

ABŞ-da ehtiyatların artması Brent neftini 51,6 dollaradək ucuzlaşdırıb
# 27 aprel 2017 07:22 (UTC +04:00)

Dünya birjalarında neftin ucuzlaşması davam edir.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,52% azalaraq 49,36 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,37% azalaraq 51,63 dollar olub.

 

Ötən gün olduğu kimi, bu gün də neftin ucuzlaşmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının artmasıdır. ABŞ-da ehtiyatların artması OPEC və kartelə daxil olmayan ölkələr tərəfindən neft hasilatının azaldılması ilə bağlı səylərini qeyri-effektiv edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR