Bank Of Baku

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
# 03 may 2017 07:18 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,61% artaraq 47,95 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar və ya 0,75% artaraq 50,84 dollar olub.

 

Neftin bahalaşmasına ABŞ-da özəl şirkətlərin benzin və xam neft ehtiyatlarının azalması ilə bağlı məlumatları səbəb olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR