Bakı. Musa Əhmədov - APA-Economics. ABŞ fond bazarında Dow Jones indeksi 0,46% - 16 569 bəndədək, S&P 500 0,72% - 1 939 bəndədək, NASDAQ 0,72% - 4 384 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,02% - 6 677,5 bəndədək azalıb, Fransa CAC-40-ı 0,34% - 4 217 bəndədək artıb, Almaniya DAX-ı isə 0,61% - 9 154 bəndədək azalıb.
COMEX-də qızılın bir unsiyası 1,30 dollar bahalaşaraq 1 290,20 dollara bərabər olub.