Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 21 012,28 bəndədək, S&P 500 0,00% - 2 399,38 bəndədək, NASDAQ 0,03% - 6 102,66 bəndədək bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,05% - 7 300,86 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,91% - 5 382,95 bəndədək, Almaniya DAX-ı 0,18% - 12 694,55 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,60 dollar azalaraq 1 226,50 dollara, gümüş isə 0,02 dollar azalaraq 16,28 dollara satılıb.