Bank Of Baku

ABŞ fond indeksləri tarixi maksimumu yeniləyib

ABŞ fond indeksləri tarixi maksimumu yeniləyib
# 19 iyul 2013 07:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 549 bəndədək, S&P 500 0,5% - 1 689 bəndədək, Nasdaq 0,04% - 3 611 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə makroiqtisadi göstəricilər, «Morgan Stanley»nin hesabatı, Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin hökumət tərəfindən iqtisadiyyata dəstək verilməsi barədə Konqresdə və Senatın Bank Komitəsindən bəyanatlar təsir edib. Qeyd edək ki, bunun nəticəsində Dow Jones və S&P 500 indeksləri tarixi maksimumlarını yeniləyib.

 

Avropa fond bazarlarında iyulun 18-də FTSE 100 indeksi 1,0% - 6 634 bəndədək, Almaniya DAX-ı 1,0% - 8 337 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 928 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 292,0 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3135 (+0,2%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR