Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,06% - 17 602,61 bəndədək, NASDAQ 0,90% - 5 045,93 bəndədək, S&P 500 1,24% - 2 064,29 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,60% - 6240,98 bəndədək, Fransa CAC-40-ı 2,34% - 4 674,53 bəndədək, Almaniya DAX-ı 2,28% - 10 727,64 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 5,10 dollar artaraq 1 073,40 dollara, gümüş isə 0,03 dollar artaraq 14,32 dollara satılıb.