Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 19 083,18 bəndədək, S&P 500 0,08% - 2 204,72 bəndədək artıb, NASDAQ 0,11% - 5 380,68 bəndədək azalıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,03% - 6 817,71 bəndədək, Almaniya DAX-ı 0,48% - 10 664,44 bəndədək, Fransa CAC-40-ı isə 0,42% - 4 529,21 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,90 dollar ucuzlaşaraq 1 185 dollara, gümüş isə 0,09 dollar azalaraq 16,40 dollara satılıb.