Amerika fond bazarında "Dow Jones" indeksi 0,57% - 24 792,20 bəndədək, "S&P 500" 0,54% - 2 690,16 bəndədək, NASDAQ isə 0,84% - 6 994,76 bəndədək bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,62% - 7 537,01 bəndədək, Almaniya DAX-ı 1,59% - 13 312,30 bəndədək artıb, Fransa CAC-40-ı isə 1,33% - 5 420,58 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti artaraq 1 265,50 dollara, gümüşün qiyməti isə 0,04% azalaraq 16,17 dollara satılıb.