Amerika fond bazarında "Dow Jones" indeksi 1,39% - 24 262,51 bəndədək, "S&P 500" 1,28% - 2 663,42 bəndədək, NASDAQ isə 1,71% - 7 209,62 bəndədək bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,86% - 7 567,14 bəndədək, Almaniya DAX-ı 1,02% - 12 819,60 bəndədək, Fransa CAC-40-ı 0,26% - 5 516,05 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,30 dollar artaraq 1 316 dollara, gümüşün unsiyasının qiyməti 0,11 dollar artaraq 16,56 dollara satılıb.