Bank Of Baku

AİF 5 mln. manatlıq istiqraz yerləşdirib

AİF 5 mln. manatlıq istiqraz yerləşdirib
# 19 may 2014 11:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 40 mln. manat təşkil edən faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

AİF-dən “APA–Economics”ə verilən məlumatına görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.

 

Hərracda 3 investor iştirak edib.

 

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 14,383 mln. manat təşkil edib.

 

Nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR