Bank Of Baku

AMB: Tam üzən məzənnəyə keçidin məqsədi makroiqtisadi sabitliyə nail olmaqdır

AMB: Tam üzən məzənnəyə keçidin məqsədi makroiqtisadi sabitliyə nail olmaqdır
# 12 dekabr 2016 07:32 (UTC +04:00)

"Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır". APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov bildirib.

 

E. Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: "Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR