Bank Of Baku

AMB pul-kredit siyasətini dəyişməyib

AMB pul-kredit siyasətini dəyişməyib
# 20 oktyabr 2016 14:44 (UTC +04:00)

Bakı - APA-Economics. Gözlənildiyi kimi, Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi iclasda pul-kredit siyasətini dəyişməyib. "APA-Economics" xəbər verir ki, AMB uçot dərəcəsini rekord 0% səviyyəsində saxlayıb ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb.

 

Tənzimləyici depozitlər üzrə faiz dərəcəsini -0,4% səviyyəsində saxlayıb.

 

Bununla yanaşı, AMB kəmiyyət yumşaldılması (QE) proqramının tələblərini də dəyişməyib - tənzimləyici hər ay təxminən 80 mlrd. avro həcmində qiymətli kağız almağa davam edəcək.

 

Qeyd edək ki, bu, Böyük Britaniyanın Avropa İttifaqını tərk etdikdən sonra AMB-nin ilk qərarıdır.

 

Hazırda bazarlar AMB-nin prezidenti Mario Draqinin mətbuat konfransını gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR