Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,33% - 17 674,82 bəndədək, S&P 500 0,18% - 2 075,32 bəndədək, NASDAQ 0,10% - 4 843,55 bəndədək azalıb.
“APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,01% - 5 923,53 bəndədək, Almaniya DAX-ı 1,43% - 9 519,20 bəndədək, Fransa CAC-40-ı 2,29% - 4 130,33 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,10 dollar ucuzlaşaraq 1 288,00 dollara, gümüş isə 0,02 dollar bahalaşaraq 17,45 dollara satılıb.