Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,11% - 17 776,12 bəndədək, S&P 500 0,88% - 2 067,89 bəndədək, NASDAQ 0,94% - 4 900,89 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,72% - 6 773,04 bəndədək, Fransa CAC-40-ı 0,98% - 5 033,64 bəndədək, Almaniya DAX-ı 0,99% - 11 966,17 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,92% - 19 030,50 bəndədək azalıb, Hang Seng 0,65% - 25 061,64 bəndədək, Shanghai 1,39% - 3 799,85 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,60 dollar artaraq 1 187,80 dollara, gümüş isə 0,09 dollar bahalaşaraq 16,68 dollara satılıb.