Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,64% - 17 694,68 bəndədək, S&P 500 1,70% - 2 070,77 bəndədək, NASDAQ 1,86% - 4 779,25 bəndədək artıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,58% - 5 360,06 bəndədək, Almaniya DAX-ı 1,75% - 9 612,27 bəndədək, Fransa CAC-40-ı 2,60% - 4 195,32 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 9,20 dollar azalaraq 1 317,70 dollara, gümüş isə 0,01 dollar bahalaşaraq 18,42 dollara satılıb.